"Liverpul"un əfsanəvi futbolçusu, 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərən Stiven Cerrard karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Əl-İttifaq"dan təklif alıb.
Hazırda işsiz olan ingiltərəli məşqçi bu ideyanı cəlbedici hesab edir, lakin bu karyera variantını araşdırmaq üçün vaxt istəyib.
Qeyd edək ki, “Əl-İttifaq” çempionatı 7-ci pillədə başa vurub. Stevie Cerrardın son iş yeri isə "Aston Villa" olub.