Azərbaycanda "Neftçi", "Xəzər Lənkəran" və "Keşlə" (indiki “Şamaxı”) klublarında oynamış Denis Silva Kruzun yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, braziliyalı müdafiəçi "Nasional"da çıxış edəcək. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı futbolçu D seriyası təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Braziliyada D seriyası səviyyəcə 4-cü liqadır.
Qeyd edək ki, Denis Silva 2019-ci ilin yayında "Keşlə"dən ayrıldıqdan sonra ölkəsində "Sao Kaetano”, “Rio Branko” klublarında da oynayıb.