26 noyabr 2024. Çərşənbə axşamı

Super Liqa klubu Montella ilə vidalaşdı


  • Transfer
  • 23:41 12.06.2023
  • Oxunma sayı: 118
Super Liqa klubu Montella ilə vidalaşdı

Türkiyənin “Adana Dəmirspor” klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki,  Super Liqa təmsilçisi 48 yaşlı çalışdırıcı arasındakı müqavilənin müddəti başa çatıb.

Tərəflər yeni müqavilə ilə bağlı illik maaş məbləğində anlaşa bilmədikləri üçün vidalaşıb. Bunu klub prezidenti Murat Sancak söyləyib.

Təcrübəli mütəxəssisin Türkiyənin digər təmsilçisi "Fənərbaxça"nın "sükanı" arxasına keçəcəyi gözlənilir.

Montella 2021-ci ilin sentyabrından “Adana Dəmirspor”u çalışdırırdı. Sözügedən komanda italyan mütəxəssisin rəhbərliyi altında Super Liqada geridə qalan mövsümü 69 xalla 4-cü pillədə başa vurub və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.







Transfer