25 oktyabr 2024. Cümə

Ronaldonun transfer qiyməti düşdü


  • Transfer
  • 23:50 12.06.2023
  • Oxunma sayı: 181
Ronaldonun transfer qiyməti düşdü
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun transfer qiyməti 15 milyon avroya düşüb.

Corner.az xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı Pro Liqasında oyunçuların qiymətində son dəyişiklikləri dərc edən ixtisaslaşmış “Transfermarkt” portalı təqdim edib.
 
38 yaşlı Ronaldo çempionatın ən bahalı oyunçusu statusunu qoruyub saxlasa da, hazırda komanda yoldaşı braziliyalı Taliska ilə dəyərinə görə birinci yeri bölüşür. 
 
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”ə 2023-cü ilin yanvarında azad agent kimi keçib. “Qızıl top”un beşqat qalibi ən yüksək qiymətə 2014-cü ilin oktyabrında, “Transfermarkt”in Kriştianonu 120 milyon avro dəyərində qiymətləndirdiyi vaxt çatmışdı. 2018-ci ilin iyulunda “Yuventus” onun üçün “Real”a 117 milyon avro ödəmişdi. Bu, Ronaldonun karyerasında rekord transferdir.
 
Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanında 16 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.






Transfer