25 oktyabr 2024. Cümə

Premyer Liqa klubundan 25 milyonluq transfer


  • Transfer
  • 23:51 12.06.2023
  • Oxunma sayı: 168
Premyer Liqa klubundan 25 milyonluq transfer

İngiltərənin “Brentford” klubu heyətinə yeni futbolçu cəlb edib.

Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Frayburq”un hücumçusu Kevin Şadenin transfer hüquqlarına yiyələnib.

21 yaşlı forvard bu ilin yanvarından "Brentford"da icarə əsasında çıxış edirdi. İngiltərə klubu 25 milyon avro ödəyərək alman oyunçunu birdəfəlik transfer edib. Tərəflər 5 illik müqaviləyə qol çəkiblər.

“Frayburq”un yetirməsi olan gənc futbolçu Bundesliqa klubunda 36 oyuna 6 qolla yadda qalıb. O, Premyer Liqa təmsilçisində də 19 oyuna çıxıb.








Transfer