Mövsümün əvvəlində Fənərbaxçada çempionluğu qazana bilməsə də, Ziraat Türkiyə Kubokunu qazanan portuqaliyalı baş məşqçi Jorge Jesus finaldan sonra "sarı-mavili" komandadan ayrıldığını açıqladı.
Corner.az xəbər verirki, "sarı-mavillər" ilə yollarını ayıran Jorge Jesusun yeni komandası bəlli olub və portuqaliyalı məşqçi Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə anlaşıb.
2018-19 mövsümündə çalışdırdığı Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasına qayıdan Jorge Jesus transferə sürətli şəkildə başlayıb.
Transfer dönəmində Səudiyyə klubları pul ilə bazarı ələ almağa çalışarkən, Jesusun da hədəfi Mauro İkardi oldu. PSJ ilə müqaviləsinin bitməsinə 1 il qalan futbolçunu da heyətində görmək istəyən Jesus Türkiyədən başqa ulduzları da öz heyətində görmək istədiyini bildirib.
Futbolçuya illik 25 milyon avro təklif ediləcəyi iddia edilərkən, müqavilənin 3 illik olacağı da vurğulanıb.
Şəfəq Samed