29 noyabr 2023. Çərşənbə

"Çelsi"dən 60 milyonluq transfer


  • Transfer
  • 16:53 20.06.2023
  • Oxunma sayı: 50
"Çelsi"dən 60 milyonluq transfer

İngiltərənin “Çelsi” klubu heyətinə yeni futbolçu cəlb edib.

90deqiqe.az klubun rəsmi saytına istinadən məlumatına görə, London klubu Almaniya “Leyptsiq"inin hücumçusu Kristofer Nkunku ilə keçidini rəsmiləşdirib.

26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb. "Zadəganlar" fransalı oyunçu üçün 60 milyon avro ödəyib. Nkunku iyulun 1-dən etibarən Premyer Liqa klubunun oyunçusu sayılacaq.

Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.




Transfer

Super Liqadan Çempionşipə getdi
  • Transfer
  • 22:14 28.11.2023
Super Liqadan Çempionşipə getdi
"Bayer"də yeni müqavilə
  • Transfer
  • 21:25 28.11.2023
"Bayer"də yeni müqavilə
Kontedən yeni xəbər
  • Transfer
  • 17:15 28.11.2023
Kontedən yeni xəbər