6 dekabr 2023. Çərşənbə

“Neftçi” Laurentsiu Regekampf ilə yollarını ayırdı


  • Transfer
  • 17:33 21.06.2023
  • Oxunma sayı: 60
“Neftçi” Laurentsiu Regekampf ilə yollarını ayırdı

“Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu barədə 90deqiqe.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/2023-cü il mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.




Transfer

“Real”da yeni müqavilə
  • Transfer
  • 20:07 05.12.2023
“Real”da yeni müqavilə
De Xea İngiltərəyə qayıdır
  • Transfer
  • 21:37 04.12.2023
De Xea İngiltərəyə qayıdır