17 may 2026. Bazar günü

Məqsəd İsayev rəsmən "Zirə"də


  • Transfer
  • 19:46 22.06.2023
  • Oxunma sayı: 207
Məqsəd İsayev rəsmən "Zirə"də
Məqsəd İsayevin “Zirə”yə keçidi rəsmiləşib. 90deqiqe.az xəbər verir ki, Bakı klubu cinah müdafiəçisinin keçidini açıqlayıb.
 
28 yaşlı oyunçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb. İsayev ötən mövsüm formasını geyindiyi “Qəbələ” ilə sözləşməsi bitdiyi üçün “Zirə”yə azad agent kimi keçib.
 
Qeyd edək ki, Məqsəd İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”in də uğurları üçün çalışıb.






Transfer