22 iyul 2026. Çərşənbə

Mane İngiltərəyə qayıdır


  • Transfer
  • 19:49 22.06.2023
  • Oxunma sayı: 257
Mane İngiltərəyə qayıdır

"Bavariya”nın hücumçusu Sadio Mane yenidən İngiltərədə çıxış edə bilər. 90deqiqe.az saytının “Bild”ə istinadən xəbərinə görə, “Nyukasl” 31 yaşlı futbolçunu transfer etmək üçün Bundesliqa klubuna təklif göndərib.

Məlumatda, hər iki tərəfin razılığı olduğu təqdirdə transferin rəsmi olaraq açıqlanacağı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl “Bavariya”nın Maneni satmaq istədiyi bildirilirdi.







Transfer