"Neftçi”də ayrılıqlar davam edir. 90deqiqe.az xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfdan sonra bir futbolçu da komandanı tərk edib.
Bu dəfə yarımmüdafiəçi Sezar Meza Kolli “ağ-qaralar”la vidalaşıb. 31 yaşlı paraqvaylı hücumameyilli oyunçunun başa çatan müqaviləsi yenilənməyib.
Gürcüstanlı orta sahə oyunçusu Vato Arveladze də paytaxt klubunu tərk edib.
25 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib. Rəhbərlik sözləşmədə yer alan 1 illik uzatma bəndini aktivləşdirməyə ehtiyac duymayıb.
Qeyd edək ki, Vato Arveladze “Neftçi”nin heyətində ötən mövsüm 20 oyun keçirib.
Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”yə 2021-ci ildə keçib. O, bu müddətdə 55 oyun keçirib, aktivinə 6 qol yazdırıb.