1 oktyabr 2026. Cümə axşamı

Poçettino'dan Keyn və Eriksen açıqlaması


  • Transfer
  • 12:53 29.06.2019
  • Oxunma sayı: 524
Poçettino'dan Keyn və Eriksen açıqlaması

“Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqası və transferlərlə bağlı açıqlama verib.

Corner.az xəbər verir ki, geridə qalan Çempionlar Liqası mövsümü haqqında danışan argentinalı mütəxəssis, final matçında “Barcelona” ilə qarşılaşmaq istədiyini deyib:“Enfild Roud”da hər şey mümkündür, amma heç kim 4:0 hesabını gözləmirdi (“Liverpul”un “Barselona”nı məğlub etməsini nəzərdə tutur). Nəticəyə təəssüfləndim, çünki final matçında “Barselona” ilə qarşılaşmaq istəyirdim”.

Poçettino, yeni mövsümün hazırlıqları ilə bağlı da açıqlama verib:“Harri Keyn və Kristian Eriksenin komandada qalıb-qalmayacağını bilmirəm. “Mançester Siti”də Pep Qvardiola və “Liverpul”da Yurgen Klopp transfer qərarları verməkdə sərbəstdir, amma “Tottenhem”də vəziyyət fərqlidir”. (komanda)







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir