- Transfer
- 23:25 25.11.2024
"Sabah” heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır. 90deqiqe.az xəbər verir ki, Masazır təmsilçisi mərakeşli mərkəz müdafiəçisi Sofian Çaklanın xidmətində maraqlıdır.
İspaniyanın “estadiodeportivo” saytının yazdığına görə, Azərbaycan komandası keçid üçün “Ponferradina” ilə danışıqlar aparır.
Futbolçunun ispanlarla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Bildirilir ki, Çakla hətta Azərbaycana gəlmək üçün İspaniyanın II liqa komandalarından aldığı təklifləri rədd edib. Onun “Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etməsi gözlənilir.
Xatırladaq ki, Mərakeş yığmasının üzvü olan Çakla İspaniyada “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarda oynayıb.