- Transfer
- 23:25 25.11.2024
"Neftçi” ilə ilk danışığı uğursuz yekunlaşan Sərgən Yalçın fəaliyyətini ölkəsində davam etdirəcək. 90deqiqe.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Fənərbaxça”nın maraq dairəsindədir.
Hazırda baş məşqçi postu boş olan İstanbul təmsilçisində bu yer üçün bir neçə namizəd var ki, onlardan biri də Yalçındır. Klub rəhbərliyinin prioriteti İsmail Kartal olsa da, azarkeşlər belə düşünmürlər.
“Sarı-lacivərdlilər”in fanatları baş məşqçi postunda məhz Sərgən Yalçını görmək istəyirlər. Azarkeşlər bununla bağlı “ÇareSergenYalçın” etiketi ilə Türkiyənin gündəmini zəbt ediblər. Onlar rəhbərliyə bununla bağlı təzyiq göstərirlər.
“Milliyet”in yazdığına görə, dünən “Neftçi” rəhbərliyi ilə görüşən Sərgən Yalçın köməkçiləri ilə birlikdə Bakı klubundan illik 4 milyon avro maaş tələb edib. Bu da tərəflərin anlaşmasına imkan verməyib.