2023-24 mövsümündən etibarən bir azərbaycanlı futbolçu Türkiyə Super Liqasında legioner sayılmayacaq. 90deqiqe.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib.
Bildirilib ki, Super Liqa klubları Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ümumilikdə bir oyunçunu yerli statusda qeydiyyatdan keçirə bilər.
Bununla yanaşı, klublar 14 əcnəbi oyunçu da ala biləcəklər.