- Transfer
- 23:25 25.11.2024
İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri postunu tərk edir.
90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Mauritsio Pistoçio paylaşım edib.
Onun sözlərinə görə, Turin təmsilçisi tezliklə yeni baş məşqçi axtarışına start verəcək.
Qeyd edək ki, Alleqrinin klubla müqaviləsi 2025-ci ilin yayınadək qüvvədədir. Başa çatan mövsümdə 10 xalı silinən "Yuventus" A Seriyasını 62 xalla 7-ci pillədə başa vurub.