- Transfer
- 23:25 25.11.2024
Türkiyənin “Trabzonspor” klubu ötən mövsüm icarə əsasında çıxış etdiyi “Sabah”dan ayrılan futbolçu Aleksey Kaşuku transfer etmək niyyətindədir.
90deqiqe.az-ın “Fotospor”a istinadən məlumatına görə, Trabzon təmsilçisinin baş məşqçisi Nenad Belitsa 23 yaşlı yarımmüdafiəçinin alınmasını rəhbərlikdən istəyib.
U-21-lər arasında keçirilən Avropa çempionatında Ukrayna – Xorvatiya oyununu tribunadan izləyən mütəxəssis ukraynalı oyunçunun çıxışından müsbət fikirdə qalıb. Super Liqa klubunun yaxın günlərdə gənc oyunçu üçün müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”una təklif göndərəcəyi bildirilib.
İngiltərənin “Sauthempton” klubunun yarımmüdafiəçisi Mislav Orsiçlə bağlı danışıqların uğursuz nəticələnməsi trabzonluların Kaşuk transferini daha da gücləndirməsinə səbəb olub.
Qeyd edək ki, “Sabah” da ötən mövsüm icarə əsasında komandada çıxış edən Aleksey Kaşuku yenidən icarəyə götürməyi planlaşdırır.