- Transfer
- 15:10 14.12.2025
“Atletiko” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın “Atletiko Paranaense” klubundan Renan Lodini heyətinə qatıb. Bu barədə “Atletiko”nun rəsmi saytı məlumat yayıb. Klubların braziliyalı futbolçunun keçidi üçün razılığa gəldiyi bildirilir.“Atletiko” 21 yaşlı müdafiəçi ilə yaxın zamanda rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Madrid təmsilçisi daha əvvəl “Real”dan Markos Lorenteni transfer etmişdi.