- Transfer
- 03:22 05.07.2026
Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb.
90deqiqe.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.
Təcrübəli oyunçunun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.
Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu "Sumqayıt" olub.