25 oktyabr 2024. Cümə

Mutu “Neftçi” ilə 2 illik müqavilə imzaladı


  • Transfer
  • 14:25 11.07.2023
  • Oxunma sayı: 111
Mutu “Neftçi” ilə 2 illik müqavilə imzaladı

“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb.

90deqiqe.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə “Neftçi” PFK-nın hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.

Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.

Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.







Transfer