26 noyabr 2024. Çərşənbə axşamı

“Qəbələ”nin rəqibi Serbiya millisinin hücumçusu ilə gücləndi


  • Transfer
  • 11:53 21.07.2023
  • Oxunma sayı: 115
“Qəbələ”nin rəqibi Serbiya millisinin hücumçusu ilə gücləndi

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Kiprin “Omoniya” klubu hücumçu transfer edib.

90deqiqe.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Nikosiya təmsilçisi Serbiya millisinin futbolçusu Veljko Simiclə heyətini gücləndirib.

28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb. “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti açıqlamasında Simicin “Qəbələ” ilə ilk oyuna hazır olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.







Transfer