- Transfer
- 15:10 14.12.2025
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Manchester United” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, “qırmızı şeytanlar”, “Crystal Palace”nin futbolçusu Aaron Van-Bissaka'nı transfer edib.Manchester təmsilçisi 21 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalayıb.İngiltərə mətbuatı, Manchester klubunun bu transfer üçün qarşı tərəfə 55 milyon funt-sterlinq ödədiyini bildirib.
Qeyd edək ki, “qırmızı şeytanlar” daha əvvəl Suonsi'dən Daniel Ceymsi transfer etdiyini açıqlamışdı.