Rabiot Juventus'da nə qədər qazanacaq?
-
Transfer
-
21:35 29.06.2019
-
Oxunma sayı: 497
PSG-nin futbolçusu Adrien Rabiot Juventus'a keçməyə yaxındır.Corner.az "goal"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu artıq Turin təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. "Qoca sinyora" ilə 4 illik müqavilə bağlayacağı gözlənilən fransalı futbolçunun illik gəliri 7 milyon avro olacaq.Rabiotun anası və meneceri Veronika Rabiot isə bu keçiddən 10 milyon avro qazanacağı deyilirQeyd edək ki, PSG ilə müqaviləsini uzatmayan gənc futbolçu iyulun 1-dən azad agent statusu qazanacaq.