25 oktyabr 2024. Cümə

"İnter Mayami" Suares ilə anlaşdı

ABŞ klubu "İnter Mayami" "Qremio" ilə hücumçu Luis Suaresin transferi ilə bağlı ilkin razılıq əldə edib.


  • Transfer
  • 11:08 04.11.2023
  • Oxunma sayı: 156
"İnter Mayami" Suares ilə anlaşdı

ABŞ klubu "İnter Mayami" "Qremio" ilə hücumçu Luis Suaresin transferi ilə bağlı ilkin razılıq əldə edib. 90deqiqe.az xəbər verir ki, tərəflər yanvarda azad agent statusu əldə edəcək 36 yaşlı oyunçunun keçidi ilə bağlı bütün detalları müzakirə edəcəklər.

Xatırladaq ki, Suaresin keçmiş komanda yoldaşları – Lionel Messi, Serxio Buskets və Jordi Alba hazırda Mayami təmsilçisində forma geyinir.

Əlavə edək ki, uruqvaylı oyunçu cari mövsüm "Qremio"nun heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.







Transfer