11 aprel 2026. Şənbə

PSG prezidentin oğlunu satdı


  • Transfer
  • 12:00 30.06.2019
  • Oxunma sayı: 576
PSG prezidentin oğlunu satdı
PSG-nin futbolçusu Timoti Vea komandadan ayrılıb.

Corner.az xəbər verir ki, Paris klubu 19 yaşlı futbolçunu 10 milyon avro qarşılığında "Lill"ə satıb. Məlumatı klubun rəsmi saytı yayıb. Vea ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vea əfsanəvi futbolçu, hazırda isə Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Seltik"də keçirən gənc hücumçu 13 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib





Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”