- Transfer
- 23:25 25.11.2024
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu portuqaliyalı mütəxəssis Nuno Eşpirito Santunu qovub. 90deqiqe.az xəbər verir ki, bu barədə klub “X” sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, komandanın çıxışları qiymətləndirildikdən sonra Santo ilə müqaviləyə xitam verilib. Komandanın növbəti oyuna hazırlığı köməkçi məşqçi Həsən Xəlifə həvalə olunub. Hazırda ərəb klubu yeni baş məşqçi axtarışındadı.
Qeyd edək ki, Kərim Benzema, Nqolo Kante, Fabinyo kimi ulduz futbolçuların heyətində yer aldığı “Əl-İttihad” ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olub, həm də ölkə Superkubokunu qazanıb.