- Transfer
- 23:25 25.11.2024
ABŞ-nin "Los Anceles Qalaksi" klubunun futbolçusu Xavyer Hernandes karyerası ilə bağlı açıqlama verib. 90deqiqe.az xəbər verir ki, 35 yaşlı oyunçu, özünü hazırda güclü hiss etdiyini söyləyib:
"ABŞ, Meksika, Səudiyyə Ərəbistanı, Avropa ölkələrindən gələn təklifləri dəyərləndirirəm. Özümü hazırda daha güclü hiss edirəm. Futboldan həzz almağa davam etmək istəyirəm. Səhhətimdə problem yoxdur".
Meksikalı futbolçu cari mövsüm bütün turnirlər daxil olmaqla 12 oyuna 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.