- Transfer
- 23:25 25.11.2024
İspaniyalı sabiq futbolçu Sesk Fabreqas baş məşqçi karyerasına başlayıb. 90deqiqe.az xəbər verir ki, İtaliya klubu “Komo”nun sükanı arxası 36 yaşlı mütəxəssisə tapşırılıb.
Klub rəhbərliyi gözlənilmədən Moreno Lonqo ilə yollarını ayırıb. Onun boşluğunu isə “Komo”nun gənclər komandasını çalışdıran Fabreqas gətirilib. Gün ərzində onun təyinatının təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, ötən mövsümün sonunda məhz “Komo”nun heyətində futbolçu karyerasını başa vuran Sesk Fabreqasa U-19 komandası həvalə olunub. “Komo” hazırda İtaliya B seriyasında 6-cı pillədə qərarlaşır.