31 mart 2026. Çərşənbə axşamı

De Xea klub alır

"Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea İspaniyanın "Eldense" komandası ilə danışıqlar aparıb.


  • Transfer
  • 22:19 15.11.2023
  • Oxunma sayı: 270
De Xea klub alır

 "Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea İspaniyanın "Eldense" komandası ilə danışıqlar aparıb.

90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İspan qolkiper klubun sahibi Paskual Peres ilə danışıqlar aparıb və ona komandanı almaq istəyini bildirib.

Peres klubu satmaq niyyətini sentyabrda açıqlamışdı. “Eldense” 15 turdan sonra 22 xalla Sequndada 11-ci yerdədir. Klub 1921-ci ildə yaradılıb və heç vaxt La Liqaya vəsiqə qazanmayıb.

Qeyd edək ki,  2023-cü ilin iyulunda “Mançester Yunayted”dən ayrılan De Xea hazırda azad agent statusu daşıyır.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro