25 oktyabr 2024. Cümə

Bundesliqa klubunda bir ilk

Almaniyanın “Union” futbol klubu qadınlardan ibarət Çempionlar Liqasının qalibi Mari-Luize Etanın baş məşqçinin assistenti vəzifəsinə təyin edildiyini açıqlayıb.


  • Transfer
  • 18:53 16.11.2023
  • Oxunma sayı: 89
Bundesliqa klubunda bir ilk

Almaniyanın “Union Berlin” klubu qadınlardan ibarət Çempionlar Liqasının qalibi Mari-Luize Etanın baş məşqçinin assistenti vəzifəsinə təyin edildiyini açıqlayıb. 

90deqiqe.az xəbər verir ki, barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirək ki, indiyədək qadınlar Almaniya çempionatının yüksək divizionunda bu vəzifədə olmayıblar.

Mari-Luize Etanın 32 yaşı var, o, “Verder”, “Kloppenburq”, “Hamburq” və “Turbin Potsdam” klublarında çıxış edib və Almaniyanın üçqat çempionu adına layiq görülüb, ikiqat ölkə kubokuna sahiblənib və Çempionlar Liqasının qalibi olub. Eta həm də müxtəlif yaş qruplarında Almaniya gənc və yunior yığmalarının tərkibində oynayıb. 2008-ci ildə o, 17 yaşa qədər futbolçular arasında Avropa çempionatının, 2010-cu ildə isə 20 yaşadək futbolçuların dünya çempionatının qalibi titulunu əldə edib.

Eta futbolçu karyerası ilə vidalaşandan sonra “Verder”in gənclərdən ibarət komandalarında fəaliyyət göstərib. 2023-cü ildə o Pro məşqçi lisenziyasını əldə edib və 19 yaşadək futbolçuların “Union” komandasında Qrotenin assistenti kimi işə başlayıb.







Transfer