- Transfer
- 18:40 23.11.2024
Chelsea klubu beş futbolçusu ilə yolları ayırıb.
Corner.az-ın məlumatına görə, bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qapıçılar Robert Qrin və Eduardu, müdafiəçi Qari Kehill, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonsalo İquainlə yollarını ayırıb.
İlk dörd futbolçunun London klubu ilə müqavilə, İquainin isə icarə müddəti bitib. Bu səbəbdən 31 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Juventus'a qayıdıb.