- Transfer
- 18:40 23.11.2024
Keşlə heyətini yeni futbolçularla gücləndirir.
Corner.az xəbər verir ki, bu barədə klubun meneceri Eldəniz Yusifov məlumat verib. Onun sözlərinə görə, paytaxt təmsilçisi "Zirə"dən ayrılan İlkin Qırtımov və AZAL-ın (indiki "Şüvəlan") sabiq qapıçısı Stanislav Namaşko ilə anlaşıb. Hər iki oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2014-2016-cı illərdə AZAL-da oynamış Namaşkonun son klubu Monteneqro "Zeta"sı olub. Qırtımov isə 2015-2018-ci illərdə "Keşlə"nin (o vaxtkı adı ilə "İnter") formasını geyinib.
Xatırladaq ki, "Keşlə" bu yay Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Valentin Flores və Ziya Əzizovu heyətinə qatıb.(qol)