31 mart 2026. Çərşənbə axşamı

Ronaldonun gəlişi çox böyük transfer idi - Cerrard 

"Əl-İttifaq"ın baş məşqçisi Stiven Cerrard  Kristiano Ronaldonun "Əl-Nəsr"ə keçidini şərh edib.


  • Transfer
  • 23:09 19.11.2023
  • Oxunma sayı: 167
Ronaldonun gəlişi çox böyük transfer idi - Cerrard 

"Əl-İttifaq"ın baş məşqçisi Stiven Cerrard  Kristiano Ronaldonun "Əl-Nəsr"ə keçidini şərh edib.

90deqiqe.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı portuqaliyalı superulduzun transferinin Səudiyyə Ərəbistanı Pro Liqasının inkişafı üçün vacib olduğunu bildirib: “Tarixin ən yaxşı oyunçusu olan Ronaldonun gəlişi açıq-aydın böyük transfer idi. Onun hələ futbola verəcəyi çox şey var. Altı ay ərzində Ronaldonun oyununu izlədim. Bəzi matçlara və oyunların icmallarına baxdım. Düşünürəm ki, o vaxtdan bəri çoxları bu liqa haqqında danışmağa başlayıb. Ronaldo gələndən sonra digər məşhur və istedadlı futbolçular da bura üz tutdular. Bu, özümü işsiz tapdığım və yeni fürsət axtardığım vaxta təsadüf etdi. Uzaqdan baxanda heyran oldum. Agent körfəz bölgədən bir neçə variant təklif edəndə, onları araşdırmaqdan çox məmnun oldum”.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro