25 oktyabr 2024. Cümə

"İnter" Martinezlə bağlı qərarını verdi

"İnter"in baş direktoru Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martinezlə mümkün müqavilənin uzadılması barədə açıqlama verib.


  • Transfer
  • 23:58 21.11.2023
  • Oxunma sayı: 84
"İnter" Martinezlə bağlı qərarını verdi

"İnter"in baş direktoru Cüzeppe Marotta argentinalı hücumçu Lautaro Martinezlə mümkün müqavilənin uzadılması barədə açıqlama verib.

90deqiqe.az xəbər verir ki, o, bu məsələnin asanlıqla həll olunacağına inandığını bildirib: “Lautaro üçün yeni müqavilə ilə bağlı heç bir problemimiz yoxdu. O da dəfələrlə uzun illər bizimlə qalmaq istədiyini qeyd edib. Biz də birlikdə işləməyə davam etmək istəyirik. Düşünürəm ki, müddətin uzadılması ilə bağlı danışıqlar asan olacaq". 

Martinezin Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa ayının sonuna qədərdir.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. Təcrübəli oyunçu bu mövsüm “neradzurri”nin heyətində bütün turnirlərdə 16 oyunda 14 qol vurub. 







Transfer