- Transfer
- 23:25 25.11.2024
İngiltərə Futbol Assosiasiyası (FA) cari mövsüm "Tottenhem" klubunun Premyer Liqada 10 xalını silə bilər.
90deqiqe.az "The Times"a istinadən xəbər verir ki, buna səbəb londonluların futbolçusu Cermeyn Defonun 15 il əvvəl, 2008-ci ildə "Portsmut"a transferi olub.
"Tottenhem" keçmiş hücumçunu 8,5 milyon avroya satıb lakin keçidlə bağlı danışıqları aparmaq üçün lisenziyasız agent Mitçell Tomasdan köməyindən yararlanıb.
Eyni zamanda aparılan danışıqlar zamanı iştirak edən digər agent Stüart Petersin isə müqaviləsiz olub. FA qayda pozuntusundan məlumatlı olsa da, 2010-cu ildə London klubuna sanksiya tətbiq etməyib. Amma həmin il oxşar pozuntuya edən "Luton Taun"a bu sanskiya tətbiq olunaraq 10 xaldan məhrum edilib.
Assosiasiyanın bu işə yenidən qaldırmağı planlaşdırır.