25 oktyabr 2024. Cümə

"İnter" pulsuz, “Milan” gülünc təklifləri ilə onu almağa çalışıb"

"Porto"nun prezidenti Pinto da Kosta hücumçu Mehdi Tarem üçün gələn təklifdən danışıb.


  • Transfer
  • 23:02 22.11.2023
  • Oxunma sayı: 97
"İnter" pulsuz, “Milan” gülünc təklifləri ilə onu almağa çalışıb"

"Porto"nun prezidenti Pinto da Kosta hücumçu Mehdi Tarem üçün gələn təklifdən danışıb.

90deqiqe.az xəbər verir ki, klub rəhbəri "Milan"ın 31 yaşlı forvard üçün gülünc təklif verdiyini bildirib: “Biz realist olmalıyıq. “İnter”in Taremi ilə maraqlanması şübhəsiz ki, sirr deyil. Lakin onu transfer etmək üçün istədiyimiz rəqəmə görə onu yay transfer pəncərəsi zamanı pulsuz heyətlərinə qatmaq istəyirdilər. Onun üçün 10 milyon bizə, vergi idarəsinə 10 milyon avro verin sonra onunla müqaviləni mən uzadaram. Düzdür, “Milan” yayda danışmağa belə dəyməyən gülünc təklifləri ilə onu almağa çalışıb. Onun qiymətinə belə yaxın olmadığı üçün heç müzakirə belə edilmədi".

İranlı oyunçunun "əjdahalar"la müqaviləsi gələn ilin yayında başa çatır.

Qeyd edək ki, bu mövsüm Taremi "Porto"nun heyətində bütün turnirlərdə 16 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer