- Transfer
- 13:27 23.12.2025
PSJ "Benfika"dan icarəyə götürdüyü Qonsalu Ramosu birdəfəlik alıb.
90deqiqe.az xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı hücumçu ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalayıb. Bu transfer PSJ klubuna 65+15 milyon avro bonusa başa gəlib.
Qeyd edək ki, bu mövsüm Ramos PSJ-nin heyətində bütün turnirlərdə 15 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.