- Transfer
- 23:25 25.11.2024
“Başqa yığmada çalışmaq istəyirəm”.
90deqiqe.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi "Sky Sport 24" nəşrinə açıqlamasında deyib.
İtaliyalı mütəxəssis iddialı bir yığmada işləmək imkanı olduğunu bildirib: “Yenidən millidə işləmək istəyirəm. Ümid edirəm ki, nəsə çıxacaq. Müqavilə imzalayana qədər bu barədə nəsə danışmayım. Topladığım təcrübə və qazandıqlarıma görə, iddialı bir yığmada işləmək imkanımın olacağına inanıram”.
Qeyd edək ki, Canni de Byazi 2020-ci ildən bəri yığmamızı çalışdırıb.