- Transfer
- 23:25 25.11.2024
Azərbaycan millisi ilə vidalaşan Canni De Byazi Kosovo yığmasının "sükanı arxasına" keçə bilər.
90deqiqe.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kosovo Futbol Federasiyası italiyalı mütəxəssisin xidmətində maraqlıdır.
Qeyd edək ki, Kosovo Futbol Federasiyası “AVRO-2024”ün seçmə mərhələsindən sonra Primoj Qlixa ilə müqaviləni yeniləməyib.
Əlavə edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Canni De Byazinin noyabrın sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.