31 mart 2026. Çərşənbə axşamı

Adrian Mutu “Neftçi”dən ayrılır?

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyanın daha bir klubunun maraq dairəsinə düşüb.


  • Transfer
  • 11:54 24.11.2023
  • Oxunma sayı: 251
Adrian Mutu “Neftçi”dən ayrılır?

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniyanın daha bir klubunun maraq dairəsinə düşüb.

90deqiqe.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis ÇFR klubunun maraq dairəsinə düşüb.

Son 5 görüşün cəmi 1-də qələbə qazanan hazırkı baş məşqçi Andrea Mandorlininin işindən narazı olan ÇFR klubunun prezidenti Nelu Varqa onu "ağ-qaralar"ın çalışdırıcısı ilə əvəzləmək istəyir.

İddiaya görə, Kluj təmsilçisi rəhbəri rumıniyalı mütəxəssislə danışıqlara başlamaq üçün qış fasiləsini gözləyir.

Qeyd edək ki, Adrian Mutu cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro