25 oktyabr 2024. Cümə

“Mən pula önəm vermirəm”

“Karyeramı bitirməyi düşünmürəm”


  • Transfer
  • 11:17 27.11.2023
  • Oxunma sayı: 147
“Mən pula önəm vermirəm”

“Karyeramı bitirməyi düşünmürəm” 

90deqiqe.az xəbər verir ki, Kiyev “Dinamo”, “Zenit” və “Şaxtyor”un sabiq baş məşqçisi Mirça Luçesku karyerasını davam etdirmək barədə planlarını bölüşüb.


“Karyeramı bitirməyi düşünmürəm. Hara gedəcəyim haqqda fikrim yoxdur. Pula önəm vermirəm. Kimsə pis vəziyyətdə Real Madridə rəhbərlik edə bilər, fitə basıla bilər və hər şey pisləşə bilər. Amma hətta İtaliya C seriyasına gedib orada parlayan və adınnan bəhs etdirən məşqçi nümunəsidə ola bilər. Fərqli ola biləcəyim yerdə işləmək istəyirəm. Hələ də həvəsim var və bu, mənin üçün ən vacib şeydir.”


Xatırladaq ki, Luçesku Kiyev “Dinamo”sundan ayrılacağını noyabrda açıqlamışdı. O, 2020-2023-cü illərdə Kiyev komandasına rəhbərlik edib. Rumıniyalı mütəxəssis bundan əvvəl 2004-2016-cı illərdə Donetsk "Şaxtyor"unun baş məşqçisi olub. Luçeskunun adı qisa müddət əvvəl “Beşiktaş”la da hallanırdı.







Transfer