14 dekabr 2025. Bazar günü

“Qalatasaray”dan sürpriz transfer həmləsi - FOTOLAR

İstanbul klubu braziliyalı ulduzu heyətinə qatmaq istəyir.


  • Transfer
  • 10:54 28.11.2023
  • Oxunma sayı: 224
“Qalatasaray”dan sürpriz transfer həmləsi  - FOTOLAR

İstanbul klubu braziliyalı ulduzu heyətinə qatmaq istəyir.

Qış transfer pəncərəsində heyətinə gücləndirməyi düşünən “Qalatasaray” sürpriz adla gündəmə gəlib. 


90deqiqe.az “SporX” istinadən xəbər verir ki, İstanbul klubu “Atletiko Minero” forması geyinən braziliyalı ulduz Halkı heyətinə qatmağı planlaşdırır.


37 yaşlı hücumçu son dönəmlərdə “Atletiko Minero” kollektivində yaşadığı qalmaqaldan sonra klubdan ayrılacağını söyləyib. Bu səbəblə “Qalatasaray” rəhbərliyinin bu transferi cüzi məbləğə həll edəcəyi bildirilir. 


Qeyd edək ki, Halk karyerası ərzində çıxdığı 743 matçda 398 qol, 211 assistlə yadda qalıb.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində