- Transfer
- 15:10 14.12.2025
Bavariya Barselona'nın futbolçusu Ousmane Dembele üçün 70 milyon avroluq təklif göndərib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu bu təklifi rədd edib. "Barcelona" məbləği az hesab etdiyi üçün bu addımı atıb. Bildirilir ki, La Liqa klubu O.Dembeleni 95 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, Dembele 2017-ci ildən Barcelona'da çıxış edir.