- Transfer
- 01:36 15.08.2026
Juventus yeni transferi Adrien Rabiotu ictimaiyyətə təqdim edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, PSG-dən ayrılan 24 yaşlı futbolçu yeni klubunda 25 nömrəli forma geyinəcək.Uzunmüddətli müqaviləyə imza atan fransalı futbolçu Juventus'da ilinə 7 milyon avro qazanacaq. Turin təmsilçisinə azad agent kimi Rabiotun meneceri olan anasına isə 10 milyon avro transfer haqqı verilib.