- Transfer
- 15:10 14.12.2025
“Sevilla” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, La Liqa təmsilçisi PSV-dən Lyuk de Yonqu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.
“Sevilla” hollandiyalı hücumçu üçün 12,5 milyon avro təzminat ödəyəcək.