- Transfer
- 23:25 25.11.2024
“Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin qışda hazırda çıxış etdiyi “Krasnodar”dan ayrılacağı ilə bağlı məlumat yayılıb.
90deqiqe.az Metaratings-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin agenti Helsio Roberto Aliska bu xəbərləri təkzib edib.
“Kadi hər matçda var qüvvəsi ilə oynayır. O, Rusiyanı sevir və biz qışda yeni klub axtarmağı planlaşdırmırıq”, – deyə agenti bildirib.
Qeyd edək ki, braziliyalı oyunçu bu mövsüm 21 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.