- Transfer
- 23:25 25.11.2024
Rusiyalı mütəxəssis Dmitri Parfyonov karyerasını Qazaxıstanda davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, o, “Aktobe”nin "sükanı" arxasına keçirilib.
Bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssisin klubla müqaviləsi 2024-cü ilin sonuna kimi nəzərdə tutulub.
Mövsümün sonunda “Aktobe” 26 oyunda 50 xalla Qazaxıstan çempionatını üçüncü yerdə başa vurub. Yeni mövsüm gələn ilin martında başlayacaq.
Qeyd edək ki, “Aktobe” növbəti mövsüm üçün Konfrans Liqasında çıxış edəcək.
Parfyonov isə Rusiyanın yeniyetmələrdən ibarət komandasında, “Tekstilşik”, “Tosno”, “Ural”, “Tula Arsenal”ı və “Rodina” komandalarında çalışıb.