25 oktyabr 2024. Cümə

Neft pulları ilə kompensasiya qəbul edilə bilməz

“Latsio”nun hücumçusu Çiro İmmobilenin agenti olan Marko Sommela ona Səudiyyə klublarından təkliflər gəldiyini etiraf edib.


  • Transfer
  • 17:04 01.12.2023
  • Oxunma sayı: 81
Neft pulları ilə kompensasiya qəbul edilə bilməz

“Latsio”nun hücumçusu Çiro İmmobilenin agenti olan Marko Sommela ona Səudiyyə klublarından təkliflər gəldiyini etiraf edib.

90deqiqe.az “Football Italia”ya istinadən xəbər verir ki, xəbər verir ki, o, Çironun niyə bu təkliflərdən imtina etdiyini belə açıqlayıb:

“Bir çoxlarından fərqli olaraq, Çiro Səudiyyə Ərəbistanı və ya BƏƏ köçməkdənsə, Çempionlar Liqası axşamlarından həzz almağı seçdi, baxmayaraq ki, ayrılmaq üçün çox imkanı var idi.

Çiro hər matçda ürəyini qoysada ona kifayət qədər hörmət göstərmirlər. Mətbuat İmmobile kimi futbolçulara həddindən artıq təzyiq göstərir.

Çironu tezliklə Səudiyyə Ərəbistanında görə biləcəyikmi? İndi bunun vaxtı deyil. Dediyim kimi, o, Çempionlar Liqası tərəfindən seçimini etdiyi, o, “Latsio”da olduğundan xoşbəxtdir. Onun çoxlu ambisiyaları var. Bu emosiyalar qiymətsizdir və neft pulları ilə kompensasiya oluna bilməz”.







Transfer