- Transfer
- 23:42 30.03.2026
“Qremio"nun hücumçusu Luis Suares karyerasını "İnter Mayami”də davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, 36 yaşlı forvardın 2024-cü ilin yanvarında azad agent kimi Mayami klubu ilə müqavilə imzalayacağı vurğulanıb. Uruqvaylı oyunçunun hazırkı müqaviləsi 2024-cü ilin yanvarında başa çatır.
Qeyd edək ki, Suaresin "Barselona"dakı keçmiş komanda yoldaşları Lionel Messi , Jordi Alba və Serxio Busquts də "İnter Mayami"də çıxış edir.