11 mart 2026. Çərşənbə

Barcelona Umititi'yə qiymət qoydu


  • Transfer
  • 10:59 03.07.2019
  • Oxunma sayı: 530
Barcelona Umititi'yə qiymət qoydu

Barcelona'nın futbolçusu Samuel Umtiti komandadan ayrıla bilər.

Corner.az "sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı futbolçu üçün təklifləri dəyərləndirməyə hazırdır. Ancaq Barcelona fransalı müdafiəçini 50 milyon avrodan aşağı satmaq niyyətində deyil.

Qeyd edək ki, Umtiti ilə Arsenal, Mançester Siti və Juventus klubları maraqlanır. Futbolçu özü isə bundan əvvəl mətbuata açıqlamasında komanda da qalmaq istədiyini deyib.







Transfer